Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.
BUTA.TV xəbər verir ki, Vahimə xanım oğluna Milli Qəhrəman adı verilməsinə görə dövlət başçısına minnətdarlığını çatdırıb.
Məktubda deyilir:
“Doqquz il intizarla gözlədiyimiz şərəfə - oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Allah Sizi başımızın üstündən heç vaxt əskik etməsin.
Sizə uzun ömür, can sağlığı arzu edirik”.
- “Azərlotereya” və "Liv Bona Dea" maarifləndirici görüş keçirdi
- EPIC-dən əmək qanunvericiliyi islahatlarına dair məlumat...
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar