Fikrimcə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının mətbuata ötürülməsində Mərkəzi Kəşfiyyat İdarəsində Ağ Evin Ukrayna siyasətindən narazı qrupun əli var.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, prezidentlərin müşavirlərinin telefon danışığını hər iki ölkənin kəşfiyyat strukturları dinləyə bilərdi:
“Rusiya tərəfinin telefon danışığını mətbuata ötürməsi məntiqə zidd olardı. Çünki telefon danışığında Stiv Uitkoffun sözləri Kreml sahibinin maraqlarına uyğun olub. Belə olan halda Rusiya kəşfiyyat strukturları danışığın məğzini Qərb mətbuatına ötürməzdi. Ona görə də nəzərlər MKİ-yə dikilir. Böyük ehtimalla bu idarədə Prezident Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla bağlı hazırladığı 28 bəndlik plandan narazı qrup var və məhz bu qrup telefon danışığının təfərrüatını ABŞ mətbuatına ötürüb. Məqsəd Trampın ilkin variantda Ukraynanı təslimiyyətə sürükləyən planının reallaşmasının qarşısını almaq olub. ABŞ tarixində bu cür hallar yaxın keçmişdə də olub. Prezidentin komandasındakı hansısa məmur şefinin siyasətindən narazı qaldığına görə məxfi məlumatları mətbuata ötürməklə hansısa prosesin qarşısını almağa çalışıb”.
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf