Azərbaycan səfirliyinin əməkdaşlarının Gürcüstanın müvafiq orqanlarının nümayəndələri ilə görüşündən sonra saxlanılan yük avtomobillərinin problemi həll olunmağa başlayıb.
BUTA.TV xəbər verir ki, bunu Report-a Azərbaycana aid TIR sürücülərindən biri Pərvin Həsənov deyib.
O qeyd edib ki, hazırda keçid üçün hazırlıqlar aparılır və günün sonuna gömrüyü tərk edəcəyinə ümid edir. Sürücü bildirib ki, bu dəfə məsələ həll olunsa da, onlar mütəmadi olaraq belə problemlərlə qarşılaşırlar:
"Mən tütün məmulatları daşıyıram. Şəkidən yükü Yunanıstana aparıram. Eyni adda yükü daşıyan Gürcüstana aid avtomobillər gömrüyü problemsiz keçirlər. Biz isə gömrükdə gecikmə səbəbindən Avropadakı müştərilərimizin narazılığı ilə üzləşirik".
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
P.Həsənov bildirib ki, onu heç bir səbəb göstərmədən 22 gün gömrükdə saxlayıblar. Onun sözlərinə görə, gömrükdə noyabrın 7-dən saxlanılıb və onunla birlikdə Azərbaycana aid 30-dan çox avtomobil sürücüsü eyni situasiya ilə qarşılaşıb:
"Sürücülər kimə yaxınlaşırlar, onlarla heç kim danışmır. Gömrük əməkdaşları kobud davranır və ümumiyyətlə ünsiyyət qurmurlar".
Analoji problemlə qarşılaşan sürücü Balay Allahverdiyev onlardan əvvəl 70-ə yaxın avtomobilin geri qaytarıldığını deyib:
"Həmin sürücülərə Gürcüstan tərəfi deyib ki, sizin Zəngəzur dəhliziniz var, gedin oradan keçin. Onları geri qaytarıblar və hazırda həmin sürücülər İran və ya Türkiyə ərazisindən keçid etməyə cəhd göstərirlər".
Xatırladaq ki, Batumi və Tiflis gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri buraxılmırdı. Azərbaycanın Gürcüstandakı səfirliyi bu məsələni nəzarətə götürüb və səfirliyin nümayəndələri Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüşlər keçiriblər. Danışıqlardan sonra qarşı tərəf məsələnin çox qısa zamanda tam həll olunacağına söz verib.
- İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi
- İlham Əliyev və Pelleqrinin geniş tərkibdə görüşü oldu
- Ötən il ilk dəfə Bakı qazı bu ölkəyə ixrac olunub - Prezident
- Bratislava-Bakı aviareysi açıla bilər
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf