Energetika Nazirliyi ilə "Azerbaijan Green Energy Company" MMC-nin törəmə müəssisəsi olan "Clean Energy Capital" MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.
Bu barədə BUTA.TV-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.
İcra Müqaviləsinə uyğun olaraq "Clean Energy Capital" MMC Xəzər dənizində müəyyən olunmuş su obyektində tədqiqatlar aparacaq.
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür