Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsinə yekun vurulub.
BUTA.TV xəbər verir ki, müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 71 namizəd "İşin Təşkili Qaydaları"na əsasən tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri N.Rəfibəyli küçəsi 7).
Namizədlər tibbi müayinədən keçmək üçün 2 dekabr 2025-ci il tarixdən 5 dekabr 2025-ci il tarixədək (həmin gün də daxil olmaqla) şəxsiyyət vəsiqəsi ilə birgə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət etməlidirlər (ünvan: Bakı şəhəri Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 16/18).
Əlavə məlumat almaq üçün 361-00-76, 361-00-77, 361-00-78, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
Yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür