Milli Şuranın sədri Cəmil Həsənlinin ölkədən çıxışına məhdudiyyət tətbiq edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Cəmil Həsənli özü məlumat yayıb.
O bildirib ki, bu gün xanımı ilə birgə Dubayda yaşayan qızı və nəvələrini görmək üçün gedəcəklərmiş, geridönüş bileti isə 15 dekabra alınıbmış. Ancaq bu gün hava limanına gedərkən onun ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib, buna görə də xanımını yola salıb, özü isə geri qayıdıb.
C.Həsənli vurğulayıb ki, artıq onu şahid qismində DTX-yə dəvət ediblər.
O, evində olan vəsaitlə bağlı da məlumat yayıb:
“Yoldaşım da, mən də artıq yaşlandığımız üçün gözlənilməz, qəfil hadisələrə görə (xəstəlik, ölüm-itim və sair) evimizdə rəsmi mənbəyi olan 3 min dollar, 245 paund (funt-sterlinq - red.) pulumuz var. Bundan əlavə Londonda istifadə etdiyim “Revolut” bank kartında haradasa, 30 paund, HSBC kartında isə 709 paund pul var. Əlavə olaraq gündəlik istifadə üçün pensiya kartı. Qeyd etdiyimdən əlavə heç bir vəsait yoxumdur”.
- Rövşən Rzayev vətəndaşlarla görüşdü
- FHN növbəti açıq qapı günü tədbiri keçirdi
- Ceyhun Salmanov hakim qarşısına çıxarılır
- Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
- İçkiyə ən çox pul xərcləyən bölgələr - Siyahı
- Baş nazirdən DTX ilə bağlı qərar
- "Azercell" bununla bağlı beynəlxalq sertifikasiyasını yenilədi
- Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür