Azərbaycanın bu gün mövcud olması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Mən o tarixə baxanda görürəm ki, Sovet İttifaqı dağıldığı dövrdə Azərbaycana başqa bir ssenari yazılmışdı. İdarəolunmayan, xaos içində olan bir ölkə var idi.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, Heydər Əliyev o qədər güclü bir şəxsiyyət idi ki, xaricdən yazılmış ssenarini poza bildi:
"Bu, görünür, xalqın taleyində yazılmışdı ki, onun lideri məhz Heydər Əliyev olacaq və o, Azərbaycanın müstəqilliyini qoruya biləcək".
"Azərbaycan artıq söz sahibidir. Ancaq bu, adi hal kimi qəbul edilməməlidir. Prezident də, Mehriban xanım da dəfələrlə deyiblər ki, arxayınlaşmaq olmaz, diqqətli olmalıyıq. Hamımız öz sahəmizdə çalışmalıyıq ki, dövlətimiz daha da inkişaf etsin. Mən əminəm ki, ulu öndərimizin ruhu şaddır, çünki arzuladığı Azərbaycan bu gün gerçəyə çevrilib", - deyə MSK sədri vurğulayıb.
- ADY: Bu il dəmir yolu keçidlərində 15 qəza baş verib
- Arazda batan yetiyetmənin axtarışı davam edir - Video
- “BakıKart”ın qiyməti 1 manat artır
- Bakıda 10 avtomobil toqquşdu - Video
- Belə hallar yeniyetmələri təhsildən yayındırır…
- "Bakıkart" bahalaşdı
- AAYDA-da qalmaqallı yoxlamalar: Keçmiş rəhbərliyin qanunsuzluqları...
- Bakıda taksi xidməti kəskin bahalaşdı