Sven Anders Hedin - dünya şöhrətli İsveç səyyahı və jurnalisti 15 avqust 1885-ci ildə tələbəsi Herhard Sanqren ilə Bakıya gəlir. O, burada yeddi ay müəllim işləyir və bu müddət ərzində fars, rus və Azərbaycan dillərini öyrənməyə başladı. Daha sonra Uzaq Şərq ölkələrinə səyahət edir.
Onun yazıları içərisində Çində xeyriyyəçi və türklərə böyük imkanlar yaradan İbrahim bəy Cahangiri Şincani adı keçir. Onun qeydlərinə görə, İbrahim bəy sadəcə mühacir deyildi, həm də Qulca (hazırda Yininq) və Urumçidəki Azərbaycan icmasının əsl lideri idi.
Sincanda, xüsusən də Qulca şəhərində Azərbaycan tacirləri və ziyalıları tərəfindən tikilmiş binalar hələ də qalmaqdadır. İbrahim bəyin mədəniyyət mərkəzi kimi xidmət edən bir evi var idi. Orada təkcə azərbaycanlılar deyil, həm də yerli uyğur və tatar ziyalıları toplaşırdı.
Kim idi bu İbrahim bəy? Arxivlərdə onun haqqında məlumatlar azdır. Bununla bağlı Sincan administrasiyasında çalışmış “Qafqazdan olan təhsilli insanlar” barədə bir neçə ingilis, isveç səyyahlarının qeydlərinə, Çində tatarlar və qafqazlılar barədə yazılan məqalələrə və onların onlayn arxivlərinə müraciət etdim.
Rusiyanın NKVD arxivlərində də İbrahim bəy barədə qeydlər var. 1930-cu illərdə Sincandan Moskvaya yazılan məktublarda İbrahim bəyi və onun ətrafındakıları tez-tez “təhlükəli panislamistlər” və “türk agentləri” kimi təsvir edirdilər, çünki onlar Sovet nəzarətindən asılı olmayan məktəblər qurmuşdular.
Eyni zamanda xarici “tatar” və ya “Əndican” icmaları barədə Çin mediasında və kitablarında yazılan qeydlərdə azərbaycanlılar mətbəə və aptek sahibləri kimi qeyd olunur.
İbrahim bəy (bəzən İbrahim bəy Azər kimi də tanınır) Sincanda yüksək rütbəli hərbi xadim kimi qəbul edilirdi və yerli ordu və administrasiyanın təşkilinə kömək etdiyi üçün hörmətli şəxs hesab edilirdi.
İbrahim bəy Azərbaycan Cümhuriyyəti ordusunun zabiti olub. 1920-ci ildə hakimiyyətin süqutundan sonra o, bir çoxu kimi bolşevikləri qəbul etməkdən imtina edib və sonda Şərqi Türküstanda (Sincan, Çin) məskunlaşıb.
İbrahim bəy başında da qaragül papaqlı hərbiçi kimi təsvir olunur.
1930-cu illərdə Qulca şəhəri Çinin türk xalqları üçün mədəniyyət mərkəzi idi. Bura əsasən qazax və uyğur xalqlarının yaşadığı, Çinə məxsus Sincan vilayətində bir bölgədir. İbrahim bəy və Azərbaycan icması orada bütöv bir məhəllə tikmişdilər.
Azərbaycan məktəbi açıb, eyni zamanda “Şərq həqiqəti” qəzetinin nəşr ediblər. Onun Qulcadakı iqamətgahı yerli Çin evlərindən fərqlənirdi. Geniş verandaları və dəmir barmaqlıqları var idi ki, bu da Gəncə və ya Şuşadakı malikanələri xatırladırdı.
Onlar musiqili gecələr keçirir və Üzeyir bəyin tamaşalarını səhnələşdirirdilər.
İbrahim bəy və digərləri NKVD təzyiqi altında həbs edildi. Onun sonrakı taleyi barədə daha heç nə yazılmır, lakin versiyalar var. Bir versiyaya görə, o, sovetlərə ekstradisiya edilib; digərinə görə, o, Çin həbsxanasında vəfat edib.
Yinin şəhərində həmin azərbaycanlıların nəsillərinin yaşadığı tarixi bir məhəllə qalıb. Lövhələrin çoxu Çin Mədəni İnqilabı zamanı sökülsə də, özünəməxsus kərpic işləri olan köhnə evlər hələ də qalmaqdadır. Yerli sakinlər və bələdçilər tez-tez “varlı bakılılar” tərəfindən tikilmiş evləri göstərirlər turistlərə.
Mənbələr.
Andrew D. W. Forbes — "Warlords and Muslims in Chinese Central Asia"
Linda K. Benson. The Ili Rebellion Muslim Challenge to Chinese Authority in Xingjiang, 1944-49
Hedin Sven. The Silk Road. 1936
Peter Fleming, News from Tartary: A Journey from Peking to Kashmir . 1936
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilmişdir.
- Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi