Dizel və benzinin qiymətinin qalxması ictimai nəqliyyatda və taksi xidmətlərində dərhal tarif artımı olacağı anlamına gəlmir. Daşıyıcılar və operatorlar qiymətləri yüksəltmədən də artan xərcləri kompensasiya edə bilərlər. Bunun üçün effektiv idarəetmə, texnoloji həllər, yanacaq səmərəliliyinin artırılması və marşrutların optimallaşdırılması kimi alternativ yollar mövcuddur.
Bu sözləri BUTA.TV-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov yanacaq qiymətlərindəki artımın mümkün təsirlərindən danışarkən deyib.
“Rəqəmsal planlama sistemlərindən istifadə, hibrid və elektrik avtobusların tətbiqi uzunmüddətli perspektivdə yanacaq xərclərini əhəmiyyətli dərəcədə azalda bilər. Bu il ərzində ictimai nəqliyyatda avtobus seqmenti üzrə “brutto müqavilə” mexanizminin tətbiqi nəzərdə tutulur və artıq bununla bağlı hazırlıqlar gedir. Bu mexanizm çərçivəsində dövlət ictimai nəqliyyatı subsidiyalaşdıracaq.Məhz bu səbəbdən tariflərin kəskin şəkildə bahalaşacağını real hesab etmirəm”, - o bildirib.
Eldəniz Cəfərov qeyd edib ki, taksi qiymətləri onsuz da dinamik və dəyişən xarakter daşıyır:
“Tariflər sutkanın saatlarına, hava şəraitinə və tələbat səviyyəsinə görə formalaşır. Bu baxımdan yanacaq qiymətindəki artımın avtomatik olaraq taksi xidmətlərində bahalaşmaya səbəb olacağını demək düzgün deyil.
Daşıyıcılar texnoloji yeniliklər və əlavə gəlir mənbələri hesabına xərcləri optimallaşdıraraq qiymət artımına getmədən fəaliyyətlərini davam etdirə bilərlər”.
- 15 yaşlı uşağın 6 min qumar borcu var… - Kəmərli
- Bu il 70 uşaq övladlığa verilib
- Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi
- Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama
- Ötən il Formula-1 üçün nə qədər vəsait ayrılıb?
- Qadın küçədə maşının üzərinə uzandı, hərəkət iflic oldu - Video
- Ermənistana 12 vaqon gübrə və 6 vaqon antrasit göndərildi
- Bakıda oteldə kişi meyiti tapıldı