Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyindən BUTA.TV-a bildirilib ki, telefon danışığı zamanı bölgəmizdə müşahidə olunan hərbi eskalasiya və artan təhlükəsizlik riskləri ilə bağlı dərin narahatlıq ifadə olunub.
Mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.
Nazir Anita Anand keçən ilin iyun ayında hərbi eskalasiya zamanı İranda olan Kanada vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Həmin dövrdə göstərilmiş operativ və humanitar dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.
Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
Mövcud təhlükəsizlik şəraiti nəzərə alınaraq, zərurət yarandığı təqdirdə Kanada vətəndaşlarının İrandan təxliyəsi məqsədilə Azərbaycan sərhədindən istifadəsi ilə bağlı mümkün perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
- MM-də müzakirələr başladı
- Paşinyandan sülh sazişi barədə - Açıqlama
- Bakıda telefonların səbəb olduğu qəzalar - Anbaan Video
- “Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
- Bakıda 13 yaşlı oğlan və atası dəm qazından öldü
- Qəbul imtahanlarının düzgün cavabları açıqlandı
- İmişli sakini Araz çayında batdı
- Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto