“Expressbank” ASC-də yeni kadr təyinatı həyata keçirilib. Fuad Fikrət oğlu Muradəliyev bankın İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin olunub.
Fuad Muradəliyev maliyyə sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O, karyerası ərzində əsasən bank sektorunda fəaliyyət göstərərək maliyyə idarəçiliyi, büdcələmə, risklərin qiymətləndirilməsi və strateji planlaşdırma istiqamətlərində geniş bilik və praktiki təcrübə qazanmışdır.
Bu təyinata qədər o, “Expressbank”da Maliyyə departamentinin direktoru vəzifəsində çalışmış və bankın maliyyə strategiyasının formalaşdırılması, həmçinin effektiv idarə olunmasında mühüm rol oynamışdır.
Əvvəlki illərdə Bank of Baku ASC-də rəhbər maliyyə vəzifələrində fəaliyyət göstərmiş, həmçinin müxtəlif pillələr üzrə irəliləyərək maliyyə sahəsində peşəkar təcrübəsini daha da möhkəmləndirmişdir.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
O, risklərin idarə olunması sahəsində Global Association of Risk Professionals tərəfindən təqdim olunan FRM® (Financial Risk Manager) sertifikatına malikdir. Eyni zamanda, CFA Institute tərəfindən təşkil olunan CFA (Chartered Financial Analyst) proqramının 2 səviyyəsini uğurla tamamlanıb.
Fuad Muradəliyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti-də Maliyyə ixtisası üzrə başa vuraraq bakalavr və magistr dərəcələri əldə etmişdir.
Onun yeni vəzifədə fəaliyyətinin “Expressbank”ın maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinə və strateji inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
- ADSEA Yasamalda sərgi təşkil etdi - Foto
- Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı - Video
- Ermənistanda parlament seçkisində səsvermə prosesi başa çatdı
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək