Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.
Əfqan Sadıqov məhkəmə qarşısına çıxarılacaq və şifahi dinləmədə inzibati xətanın törədilməsi faktı təsdiqlənərsə, müvafiq cəzanın tətbiqi müzakirə ediləcək.
DİN xatırladıb ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə iznibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Vəkil Tamta Mikeladzenin yaydığı məlumata əsasən, məhkəmə Əfqan Sadıqovun Azərbaycana deportasiyası haqqında qərar qəbul edib.
Xatırladaq ki, “Azel Tv”nin rəhbəri olmuş Ə.Sadıqov əvvəl də hədə-qorxu ilə tələb etməyə görə məhkum olunub.
- Hamı Trampı sevir... - Video
- 1 aydır itkin düşən qadın İmişlidə tapıldı - Yenilənib
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı