Barəsində inzibati xəta protokolu tərtib edilmiş içki aludəçiliyi olan şəxs məhkəmədən bağışlanmasını deyil, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.
BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin hakimi Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə 1989-cu il təvəllüdlü H.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri üzrə tərtib edilmiş protokola baxılıb.
Məlum olub ki, paytaxt sakini H.V. sərxoş vəziyyətdə olarkən səbəbsiz yerə qonşusunun qapısını təpiklə vurub və bu səbəbdən də saxlanılıb. O, məhkəmə iclasında əməlini etiraf edərək alkoqol asılılığından qurtulmaq üçün barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş edib.
H.V.-nin vəkili də müdafiə etdiyi şəxsin törətdiyi inzibati xətanı səmimi etiraf etdiyini bildirərək, onun müalicəsi və islahı məqsədilə qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq olunmasını istəyib.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Məhkəmənin qərarı ilə H.V. 20 gün müddətinə inzibati qaydada həbs edilib.
- Şamaxıda zəlzələ oldu
- Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video
- Bakıya dolu düşəcək
- Abşeronun bəzi ərazilərinə dolu düşəcək - Xəbərdarlıq
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu