Türkiyədə qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, əməliyyat İğdır prokurorluğunun apardığı araşdırma çərçivəsində həmin rayonda baş tutub.
Nəticədə ölkəyə miqrantların qanunsuz yollarla keçməsinə şərait yaradan 12 nəfər tutulub. Məhkəmə qərarı ilə onlardan 7-si həbs olunub. Digərləri isə şərti qaydada sərbəst buraxılıb.
Saxlanılanların evlərində aparılan axtarışlar zamanı qaçaqmal yanacaq, Azərbaycan və Əfqanistan vətəndaşlarına aid çoxlu sayda pasport, kartlar, narkotik, pul, qanunsuz miqrantlar üçün alınan Türkiyədə yayayış iznləri və s. aşkarlanaraq götürülüb.
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
Məlumata görə, həmin dəstə üzvləri miqrantların Türkiyə və Avropaya qanunsuz daşınması ilə məşğul olub.
Hazırda araşdırma aparılır.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bakıya dolu düşəcək
- Bakıda hündürmərtəbəli bina yanır - Video
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı