Bakıda su təsərrüfatı sahəsində mövcud problemlərin əsas səbəblərindən biri qanunsuz qoşulmalar və mühafizə zonalarında aparılan tikintilərdir.
BUTA.TV xəbər verir ki, bunu Report-a müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov bildirib.
Onun sözlərinə görə, kollektorların və su magistrallarının üzərində tikilən evlər həm mövcud problemlərin yaranmasına səbəb olur, həm də sistemin istismarını çətinləşdirir:
"Qanunsuz qoşulmalar, kollektorların və ya su magistrallarının üzərində tikilmiş evlər bizim üçün həm hazırda müşahidə etdiyimiz problemlərin yaranmasına səbəb olur, həm də ciddi fəsadlar yaradır. Bu hallar həmin xətlərin istismarında böyük çətinliklər yaradır. Amma bu məsələni yalnız su itkisi kimi qiymətləndirməməliyik. Çünki hazırda suyun böyük hissəsi məhz belə qanunsuz qoşulmalar vasitəsilə istifadə olunur və bu, sistemdə ciddi itkilərə səbəb olur. Bunun başqa fəsadları da var. Qanunsuz qoşulmaların olduğu yerlərdə sızmalar baş verə bilər, yaxud borular başqa bir nöqtədə partlaya bilər. Belə hallarda su yerin altı ilə hərəkət edərək tam başqa bir ərazidə üzə çıxır. Biz həmin qoşulmalar barədə məlumatlı olmadığımız üçün problem tam fərqli bir yerdə ortaya çıxır. Halbuki problemin mənbəyi hansısa qanunsuz qoşulma olur".
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Bakıya dolu düşəcək
- Bakıda hündürmərtəbəli bina yanır - Video
- XİN Azov dənizində yaralanan azərbaycanlıların vəziyyətini - Açıqladı
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı