Dağıstanda daşqınlar səbəbindən 500-dən çox insan müvəqqəti yaşayış məntəqələrində qalır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Dağıstan Respublikasının yeddi yaşayış məntəqəsində 500-dən çox yaşayış binası su altında qalıb. 182 uşaq da daxil olmaqla, 544 nəfər müvəqqəti yaşayış məntəqələrində yaşayır.
Çeçenistan Respublikasında isə su basmış ərazilər və ya obyektlər yoxdur”, - məlumatda bildirilib.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
Nazirliyin məlumata görə, hazırda Dağıstanda quyuların dezinfeksiyasına başlanılıb:
“11 apreldən etibarən Dərbənd rayonunda Fövqəladə Hallar Nazirliyinin Don Xilasetmə Mərkəzindən 100 xilasedici və 30 ədəd texnika işləyir. Xasavyurt rayonunda Fövqəladə Hallar Nazirliyinin Tula Xilasetmə Mərkəzindən daha 100 mütəxəssis və 28 ədəd texnikanın gəlişi gözlənilir. İndi əsas məqsədimiz əhaliyə hərtərəfli dəstək göstərməkdir”.
Qeyd edək ki, aprelin əvvəllərindən başlayaraq, Dağıstan respublikasının müxtəlif yerlərində daşqınlar baş verib. Dağıstan hökuməti Mahaçqala, Xasavyurt, Buynaksk, Kaspiysk və bölgənin bir neçə rayonunda fövqəladə vəziyyət elan edib.
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava