İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) kadr və struktur dəyişikliyi olub.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Planlama, layihələndirmə və tikintiyə nəzarət şöbəsinin müdiri Xazin Hidayətov vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, agentliyin Peşə Təhsil Mərkəzinə Korporativ əlaqələr və tərbiyə işləri üzrə direktor müavini təyin edilib.
Planlama, layihələndirmə və tikintiyə nəzarət şöbəsinin müdiri vəzifəsinə isə Elnur Süleymanov təyinat alıb.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
Yeni əmrlə İqtisadi zonalarda infrastruktura dəstək şöbəsinin müdiri həm də baş energetik vəzifəsini daşıyacaq.
Bundan əlavə, Katiblik, protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin əsasında Ümumi işlər şöbəsi yaradılıb. Eyni zamanda, İnformasiya texnologiyaları bölməsi İnformasiya texnologiyaları və elektron idarəetmə şöbəsinə çevrilib.
İndiyədək İnvestisiya və iqtisadi təhlil şöbəsinə rəhbərlik edən Aqşin İbişsoy yeni yaradılan Layihələrin təhlili və təsdiqedici sənədlərlə iş şöbəsinin müdiri təyin olunub.
Rezidentlərə dəstək şöbəsinin adı dəyişdirilib və onun müdiri Azər Qurbanov vəzifəsindən azad edilib. Yeni yaradılan Rezidentlərə dəstək və koordinasiya şöbəsinin müdiri vəzifəsinə isə Amir Məmmədov təyin edilib. O, indiyədək Strateji layihələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava