Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş olub.
BUTA.TV xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə Nazirliklə BP arasında uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını, müxtəlif istiqamətlər üzrə birgə layihələrin icra edildiyini bildirib.
Belə layihələrdən biri kimi “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətinin artırılması” layihəsinin önəmi qeyd edilib. Qeyd edilən kateqoriyaya aid şəxslərin əmək bazarına inteqrasiyasına, inklüziv məşğulluğun təşviqinə mühüm dəstək olan bu layihənin icrası çərçivəsində görülmüş işlər diqqətə çatdırılıb.
Ölkədə əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatların aparılması, bu sahədə nazirliyin kadr potensialının gücləndirilməsi istiqamətində də BP ilə Nazirliyin əməkdaşlığından bəhs olunub.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
Cio Kristofoli BP şirkətinin fəaliyyətində sosial cəhətdən həssas qruplarla, o cümlədən əlilliyi olan şəxslərlə bağlı dəstək istiqamətinin də mühüm yer tutduğunu, tərəfdaşlarla birgə icra etdiyi sosial layihələrini qeyd edib.
Görüşdə əldə olunmuş müsbət əməkdaşlıq təcrübəsinin davam etdirilməsinin, yeni birgə layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb, bu mövzuda fikir mübadiləsi aparılıb.
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava