Bakı şəhəri, Yasamal rayonunda yerləşən 31 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq olunması üçün aidiyyəti üzrə təqdim olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında bildirilib.
İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsində olan 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub.
Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş nümunə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava