Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Baş direktoru Lea Qutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
BUTA.TV xəbər verir ki, nazirliklə AİB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə icra olunan birgə layihələrin əhəmiyyətini diqqətə çatdırıb. “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsi üzrə aparılmış işlərin müsbət nəticələrindən bəhs olunub.
Təşkilatın 2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının əməkdaşlığın genişləndirilməsində xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Nümayəndə heyətinə son illər ölkəmizdə həyata keçirilən sosial islahatların nailiyyətləri, aktiv məşğulluq proqramları, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
Lea Qutierrez ötən dövrdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin məmnunluq doğurduğunu və yeni layihələr çərçivəsində birgə fəaliyyətin uğurla davam edəcəyinə əminliyini bildirib.
Görüşdə əmək sahəsi ilə bağlı yeni regional texniki yardım layihəsi çərçivəsində görüləcək işlər, əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava