Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2026” (“Anatolian Phoenix – 2026”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, təlimdə Su-25 və F-16 təyyarələri, eləcə də T-70 helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədilə havada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təmin edilməsi üzrə taktiki tapşırıqlar icra edilib.
Əməliyyat zamanı hava dəstəyi yüksək koordinasiya ilə həyata keçirilib, təlim bölgəsində risklərin minimuma endirilməsi və xilasetmə fəaliyyətlərinin effektivliyinin artırılması təmin olunub. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları verilmiş tapşırıqları peşəkarlıqla yerinə yetirərək təlimin məqsədlərinə nail olunmasında əhəmiyyətli nəticələr göstəriblər.
Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, həmçinin texniki heyət və aviasiya vasitələri təmsil edir.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Ermənistanda seçki məntəqələrində bomba həyəcanı - DİN açıqlama yaydı
- DÇ-yə pəncərəsiz avtobusla getdilər - Video
- Bir həftəyə olan 100 gündə oldu
- Sabahın hava proqnozu açıqlandı
- Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq öldü
- Kolumbiya prezidentinin qızını “iqnor” etdi, gündəm oldu - Video
- Pərvin Abışova ilə bağlı qərar verildi: 130 min manat...
- Şahdağa qar yağdı – Faktiki hava