Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb.
BUTA.TV Oxu.az-a istnadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
"Gözlənildiyi kimi, Yer kürəsində maqnit qasırğası başlayıb. Hazırkı səviyyə G1-dir ki, bu da 5 ballıq şkala üzrə minimumdur. Qeyri-sabit geomaqnit vəziyyətinin ümumi müddəti olduqca əhəmiyyətli ola bilər - beş gündən yeddi günə qədər, lakin kəskin faza, hesab edildiyi kimi, yalnız ilk bir-iki gün davam edəcək və həftəsonunu əhatə edəcək", - deyə məlumatda qeyd edilib.
Öncəki günlərdə sürətli Günəş küləyi axınını səbəbindən Yer kürəsində maqnit qasırğalarının başlayacağı bildirilmişdi. Maqnit qasırğasının gücünün G2 səviyyəsinə qədər arta biləcəyi, lakin daha yüksək səviyyələrə keçməyəcəyi ehtimal edilir.
- Bakıda 76 yaşlı kişi yıxılaraq öldü
- Bakıda restoranın dolabından beş min dollar oğurlandı
- Ağdam və Füzulidə 33 il sonra "Son zəng” çalındı - Foto
- Gəncədə faciə: kişi tut ağacından yıxılıb öldü
- Sabah hava necə olacaq?
- "Son zəng"də səsləndirilən mahnılar... - Nazirdən maraqlı reaksiya
- Su polisi qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxladı
- Qurtuluş Günü: Xətaidə konsert təşkil edildi - Video