Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi, Araz Novruzov küçəsi, 36 ünvanında yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzədirlər.
BUTA.TV Musavat.com-a istinadən bildirir ki, 100 ildən çox yaşı olan qamış bina artıq tam yararsız vəziyyətə düşüb və hər an uçmaq riski daşıyır.
İkimərtəbəli binada 8 ailə yaşayır. Sakinlər bildirirlər ki, evin divarları çat verib, konstruksiya ciddi şəkildə zəifləyib və bina faktiki olaraq yaşamaq üçün təhlükəli vəziyyətdədir.
"Burada ölüm təhlükəsi ilə yaşayırıq. Dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir real tədbir görülməyib", - deyə sakinlər bildiriblər.
Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən isə vətəndaşlara cavab verilib.
Qurumun bildirdiyinə görə, Araz Novruzov küçəsi, 34 ünvanında yerləşən və uzun müddət istismar nəticəsində qəzalı vəziyyətə düşən bina artıq Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən qəzalı binalar siyahısına daxil edilib.
Qeyd olunur ki, həmin qərar Bakı şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır və şəhərsalma normalarına cavab verməyən təhlükəli binaların mərhələli şəkildə köçürülməsini nəzərdə tutur.
Bununla belə, sakinlər real vəziyyətin dəyişmədiyini, binanın hələ də istifadə olunduğunu və təhlükənin davam etdiyini bildirirlər. Onların sözlərinə görə, məsələ həll olunmadığı üçün hər gün risk altında yaşayırlar.
- Şahdağa qar yağdı – Faktiki hava
- Məktəbdən küçəyə daşan qəzəb - Nəyi gözdən qaçırırıq?
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı