Bitkiçilik sahəsində subsidiya və güzəştlərin tətbiqində aşkarlanan uyğunsuzluqlarla bağlı cinayət işi başlanıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, Hesablama Palatası tərəfindən bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.
İdarədə müraciət əsasında Cinayət Məcəlləsinin müavafiq maddələri üzrə cinayət işi başlanılıb, araşdırma gedir.
Qeyd edək ki, Hesablama Palatasının bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinə dair auditində subsidiya mexanizmlərinin idarə olunması, monitorinq, hesabatlılıq və nəzarət sahələrində ciddi nöqsanlar müəyyən edilib. Audit 2022-ci ilin əvvəlindən 2025-ci il aprelin 1-dək olan dövrü əhatə edib. Hesabata görə, məhv olmuş əkin sahələrinə görə 10,1 mln. manat, pambıq və tütün üzrə göstərici fərqlərinə görə 3,7 mln. manat subsidiya ödənilib. Bundan başqa, 157 min hektar torpaq sahəsi üzrə 34,55 mln. manat, 19 fermer üzrə isə 24,2 mln. manat əkin subsidiyasının ödənilməsinə yol verildiyi bildirilib.
Palata həmçinin qeyd edib ki, bəzi hallarda məhsul subsidiyaları və texnika güzəştləri üzrə də artıq ödəmələrə yol verilib, subsidiyaların bir hissəsi hüquqi şəxslərin hesablarına deyil, fiziki şəxslərin fermer kartlarına köçürülüb. Audit zamanı 18,8 mln. manat əkin subsidiyasından elektron qaimə-faktura olmadan istifadə edildiyi də aşkarlanıb.
Hesablama Palatası bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyinin artırılması, monitorinqin gücləndirilməsi və maliyyə öhdəlikləri yaradan nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara təkliflər verib.
- I və IV qruplara qəbul imtahanları başladı
- Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb