Ağcabədidə baş verən qəza zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, qəza hadisəsi laçınlıların kompakt yaşadığı Qayğı qəsəbəsində baş verib.
Laçın rayon sakini Bakir Möhbalı oğlu Quliyevin idarə etdiyi 41 BE 893 dövlət nömrəli VAZ markalı avtomobil Yevlax rayon sakini Azər Pənah oğlu Bədəlova məxsus “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə VAZ-ın sürücüsü B.Quliyev hadisə yerində ölüb.
Maşında olan digər sərnişinlər 1980-ci il təvəllüdlü Habil Əli oğlu Həsənov, 2008-ci il təvəllüdlü Polad Habil oğlu Həsənov, 2013-cü il təvəllüdlü Murad Habil oğlu Həsənov və 2014-cü il təvəllüdlü Razi Surxay oğlu Həsənov müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“VAZ” markalı avtomobilin sürücüsü həyatını itirən Bakir Quliyev baytarlıq həkimi olub.
“KamAZ” markalı avtomobil isə Ağcabədi rayonunda baş vermiş Kür çayında uçan bəndin bərpası üçün Yevlax rayonundan ezam olunan sürücülərdən biri olub.
Faktla bağlı araşdırma aparılır.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb