Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin “Vağzalı” istəmədiyini deyib.
BUTA.TV Axşam.az-a istinadən xəbər verir ki, musiqiçi muğam ifaçılarının da buna şərait yaratdığını bildirib:
“Artıq neçə toydur “Vağzalı” ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici mahnı, mənşəyi bilinməyən mahnılar – bəy və gəlin bununla içəri daxil olur. Amma “Vağzalı”nı unutmaq olmaz. Bir vaxtlar muğam da belə idi. Birinci xanım Mehriban Əliyeva muğamı yenidən ayağa qaldırdı və dünyaya tanıtdı.
Bu gün muğam ifaçıları “Vağzalı”nı unutdurmağa şərait yaradırlar. Gözəl oxuyurlar, ifalar qəşəngdir. Amma “Vağzalı”nın yeri başqadır. Çox xahiş edirəm, heç olmasa toyda əvvəldə 15 dəqiqə oxunsun”.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb