Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin oğlu İsfəndiyar Mehbalıyev Dubaya köçüb. O, Dubayda, “Palm Jumeirah” adasının yaxınlığında inşa edilmiş DUBAI MARINA (“Marsa Dubai” kimi də məşhurdur) elit yaşayış kompleksində hər biri 80.49 qm (kv.m) yaşayış sahəsi olan iki mənzil alıb. Bunlar əmlak nömrələri (P-Number) 156986391 və 156989399 olan 1101 və 1401 nömrəli lüks mənzillərdir.
BUTA.TV xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib.
“Marina kompleksdə bu cür mənzillərin real dəyəri 1.3 mln. – 2.1 mln. AED (320,000 – 520,000 dollar) civarındadır”, - o bildirib.
C.Həsənli qeyd edib ki, bu, İsfəndiyar Möhbalıyevin Dubaydakı əmlakının hamısı deyil:
“Onun adı “Madinat Jumeirah Living” (MJL) yaşayış kompleksində mülkiyyətə sahib olan şəxslərin də siyahısındadır. Bu kompleksdə 2 otaqlı mənzillərin qiyməti 3 milyon ilə 4.5 milyon AED (təxm. 815,000 - 1.2 milyon dollar), 3 otaqlı mənzillərin qiyməti 4.5 milyon AED-dən başlayaraq 7 milyon AED-ə (2 milyon dollara) qədər dəyişir.
İsfəndiyar Möhbalıyev vaxtilə Qaradağ Rayon Polis İdarəsinin rəisi olub, 3 il əvvəl Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini vəzifəsinə təyin edilmişdi. O, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun kürəkəni idi, iddialara görə, ötən il boşanıb”.
C.Həsənli əlavə edib ki, Əli Həsənovun qızı hazırda Dubayda yaşamağa davam edir və qızıl-zinət və bahalı brend saatların, aksessuarların satışı ilə məşğuldur.
Qeyd edək ki, İsfəndiyar Möhbalıyev daxili işlər orqanlarında çalışıb və Bakının Yasamal, Xəzər, Qaradağ rayonlarının polis rəisi olub. 2021-ci ildə daxili işlər orqanlarından xaric edilib.
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi