Türkiyədə Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.
Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirirlər.
Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi məqsədilə top və minaatanlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilir.
Azərbaycan hərbi qulluqçuları qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirirlər.
- Qadın binadan yıxıldı, 5-ci mərtəbədə asılı qaldı - Video
- FHN paltar asarkən binadan yıxılan şəxsi belə xilas etdi - Video
- Paltar asarkən 8-ci mərtəbədən 5-ə yıxıldı - Təhlükəli anlar+Video
- “Xətrinə dəymişəmsə, bağışla məni, bala” - Video
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Zığdakı kütləvi dava ilə bağlı - 7 nəfər saxlanıldı
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb