Azərbaycanın tanınmış geoloqu, mərhum Həsən Çələbinin xanımı Ekologiya və Təbii Sərvətlər Nazirliyini və nazirliyin tabeliyində fəaliyyət göstərən Geoloji Kəşfiyyat Agentliyini məhkəməyə verib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, iddiaçının tələbi Həsən Çələbiyə verilməli olan pul mükafatı ilə bağlıdır. İddiadan görünür ki, həmin mükafat verilməyib.
Lakin cavabdeh qurumlar mükafatın verildiyinə dair məhkəməyə sənəd təqdim ediblər. Bu baxımdan, Bakı İnzibati Məhkəməsi iddianı təmin etməyib.
Həsən Çələbinin xanımı apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində baxılıb və birinci instansiyanın qərardadı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Həsən Çələbi 1947-ci il iyun ayının 10-da Azərbaycanın Qax rayonunun Sarıbaş kəndində anadan olub. O, 1967-1970-ci illərdə "Elektrotexsənaye” Elmi Tədqiqat İnstitutunda texnik, kiçik elmi işçi, 1974-1985-ci illərdə Azərbaycan Geologiya İdarəsinin Baş Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında böyük texnik-geolog, geolog, böyük geolog, axtarış partiyasının baş geologu, 1985-2001-ci illərdə Azərbaycan Geologiya İdarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) Mərkəzi Aparatında Geologiya şöbəsində böyük geolog, Geologiya şöbəsinin rəis müavini, Geologiya və Texniki-İstehsalat şöbələrinin rəisi, 2001-2006-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının "İstehsalatın Təşkili və Planlaşdırılması İdarəsi”ndə baş mütəxəssis, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geologu vəzifələrində işləyib.
2006-2021-ci illərdə Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Azerbaijan International Mining Company (AIMC) şirkətində Geologoya Departamentinin baş geologu vəzifəsində çalışıb. O, 2021-ci ildə dünyasını dəyişib.
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi