Bir müddət öncə paytaxt ərazisində baş verən intensiv yağışlar zamanı İçərişəhər qala divarında aşınma nəticəsində dağıntılar baş verib.
BUTA.TV xəbər verir ki, artıq həmin hissədə Avstriya şirkəti tərəfindən bərpa işləri həyata keçirilir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin üzvü Aytac Əlisultanlı bərpa işləri ilə bağlı məlumatları Baku TV ilə bölüşüb:
"Bu dağıntının nəticəsi olaraq burada qəzalı vəziyyət yaranmışdı və operativ olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən buraya mütəxəssislər cəlb edilmişdi. Mütəxəssislər İçərişəhər ərazisində, eyni zamanda respublika ərazisində bir çox mühüm tarixi memarlıq abidələrinin əsaslı bərpası və konservasiyası ilə məşğul olmuş və peşəkarcasına bu işləri yerinə yetirmiş "Atelier Erich Pummer" şirkətindəndir. Həmin mütəxəssislər tərəfindən qeyd olunan hissədə baş vermiş qəzalı vəziyyət aradan qaldırılıb. Lakin təbii ki, burada müvəqqəti tədbirlər yox, əsaslı bərpa, konservasiya və gücləndirmə işləri aparılmalıdır və bunun əsasında texniki müayinə və mühəndis təhlilləri dayanmalıdır", - deyə o vurğulayıb.
Bərpa işlərini həyata keçirən "Atelier Erich Pummer" şirkətinin təsisçisi və direktoru Erix Pummerin sözlərinə görə, təxirəsalınmaz zəruri tədbirlər həyata keçirilərək divarın uçmuş hissəsi stabilləşdirilib.
- Həlak olan kapitanın xanımı: Hər kəsi xilas etsə də... - Video
- Sürücülərə iyunun 7-si ilə bağlı xəbərdarlıq
- Kirayə mənzillər bahalaşacaq - Səbəb
- Prezidentin qızı məşhur şeiri səsləndirdi - Video
- Elə yerdə “drift” etdilər ki, görənlər süni intellekt sandı - Polis saxladı+Video
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi