Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəyib, ancaq buna nail olmayıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə deyib.
Daha sonra dövlət başçısı əlavə edib:
"Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız. Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir".
- Qubaya dolu yağdı
- Sabah evdən çıxanlar diqqətli olsun!
- “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi
- Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Anbaan video
- Bakı bulvarı bu gün rəngarəng idi - Video+Fotolar
- Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı
- "Aqroservis"in əməkdaşına hökm oxundu