Bakı Metropoliteni QSC-nin "Bakı Bus" və "Bakı Taksi Xidməti" MMC-lərlə birləşdirilməsi bütün avtobus və taksi xidmətlərini əhatə etmir.
BUTA.TV xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, dəyişiklik yalnız “BakuBus” və “Bakı Taksi” şirkətlərinə aiddir:
"Bakı Bus" Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. "Bakı Taksi" isə sərnişinlərimizin "London taksisi" adlandırdığı xüsusi taksilərdən ibarətdir. Digər marşrutlar və avtobus xidmətləri isə öz müstəqil fəaliyyətlərini davam etdirəcəklər".
- Sadıqovun ölümünə səbəb olan şəxsi hansı cəza gözləyir?
- Torpaq sürüşməsi: yollarda çətinliklər yarandı
- "Aqroservis"in əməkdaşına hökm oxundu
- Mürsəl Əliyevə nazirlikdə yüksək vəzifə verildi
- Mərkəzi Bankın köhnə binası söküləcək? - Ekspert
- Baş mühəndis institutun rəhbəri oldu
- Bu rayonlara intensiv yağış yağır
- Gəminin vurulması nəticəsində xəsarət alan vətəndaşlarımızın vəziyyəti necədir? - Rəsmi