Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində qlobal diqqətin şəhərlərin gələcəyinə, mənzil sahəsinə və dayanıqlı şəhər inkişafına cəlb edilməsində mühüm rol oynayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax X sosial şəbəkəsində yazıb.
"Nöbəti həftə Bakı şəhərlərin gələcəyi, mənzil sahəsi və dayanıqlı şəhər inkişafı məsələlərinə qlobal diqqətin cəlb olunmasında mühüm rol oynayacaq", - o yazıb.
A.Rossbax, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə WUF13-ün hazırlığına göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib.
Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə həsr edilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün WUF13 ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisində görülən işlərlə tanış olub.
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu - Foto
- Ömər aşırımında iki hərbçimiz dərəyə yıxılıb - Biri həlak oldu
- Bakıda mənzil sahibinin xəbəri olmadan sökülüb? - Foto
- Vəkillər Kollegiyasından mühüm qərarlar: Yeni büro...
- Kürdəmirdə yaşıllıq ərazidə yanğın başladı - Video
- Binədə mağazada yanğın baş verdi - Video
- Oyunda dalaşdılar - Ayxan Abbasov millidən qovdu-Video