Sosial şəbəkələrdə “8-ci kilometr bazarı”nda Ermənistan istehsalı olan “Lori” pendirinin satılması ilə bağlı iddialar diqqət çəkib.
BUTA.TV xəbər verir ki, satıcılardan biri paylaşım edərək həmin məhsulun Gürcüstandan gətirildiyini bildirib. Jurnalist İlhamə Nasir isə deyir ki, məhsulun üzərində nə Azərbaycan dilində məlumat var, nə də istehsalçı qeyd olunub:
“Məhsulun üzərində erməni dilində “Lori pendiri” yazılıb. Loru (Lori) mahalı Qərbi Azərbaycanın tarixi bölgələrindən biridir. Hazırda həmin ərazidə ermənilər yaşadığı üçün məhsulun istehsalçısının da erməni şirkəti olduğu ehtimal edilir. Əksər insanlar erməni və gürcü əlifbalarını bir-birindən ayırd edə bilmirlər. Düşünürəm ki, satıcı da məhz bundan istifadə edir. Məhsulun ölkəyə qanuni idxal proseduru ilə gətirilib-gətirilmədiyi müəyyənləşdirilməlidir”.
Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar etiketsiz və mənşəyi bəlli olmayan qida məhsullarının satışına nəzarətin gücləndirilməsini tələb ediblər.
Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, fakt araşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcək.
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu - Foto
- Ömər aşırımında iki hərbçimiz dərəyə yıxılıb - Biri həlak oldu
- Bakıda mənzil sahibinin xəbəri olmadan sökülüb? - Foto
- Vəkillər Kollegiyasından mühüm qərarlar: Yeni büro...
- Kürdəmirdə yaşıllıq ərazidə yanğın başladı - Video
- Binədə mağazada yanğın baş verdi - Video
- Oyunda dalaşdılar - Ayxan Abbasov millidən qovdu-Video