ABŞ Prezidenti Donald Tramp Pekində Çin Sədri Si Cinpinlə görüşərkən artıq imzasına çevrilən salamlaşma tərzini icra etməyə çalışıb.
“BUTA.TV” xəbər verir ki, Tramp Cinpinə əlini uzadıb, lakin onu özünə tərəf çəkməyə nail olmayıb.
Onun bu cəhdi Si Cinpinin müqaviməti ilə üzləşib. Əksinə, Cinpinin də onu özünə tərəf çəkməyə çalışdığı müşahidə edilib.
Sosial şəbəkələrdə qısa zamanda yayılan görüntülərə müxtəlif şərhlər gəlib. Bəzi istifadəçilər bu salamlaşmanı zarafatla “tarixin ən uzun salamlaşması” adlandırıblar.
Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
Qeyd edək ki, Tramp ötən ay Ağ Evdə Böyük Britaniya Kralı III Çarlzı qarşılayarkən də eyni hərəkəti etməyə çalışmış, ancaq müvəffəq ola bilməmişdi.
Bir müddət əvvəl isə Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Donald Trampla fransalı həmkarı Emmanuel Makronun salamlaşması gündəm olmuşdu. Onlar salamlaşarkən Ağ Ev rəhbəri Makronu özünə tərəf çəkməyə çalışmış, ortaya çıxan görüntü “qol güləşi” kimi xarakterizə edilmişdi.
- Şagirdi döyən idman müəllimi cəzalandırıldı
- Vurulan gəmidə yaralanan azərbaycanlıların son durumu - Foto
- Ömər aşırımında iki hərbçimiz dərəyə yıxılıb - Biri həlak oldu
- Bakıda mənzil sahibinin xəbəri olmadan sökülüb? - Foto
- Vəkillər Kollegiyasından mühüm qərarlar: Yeni büro...
- Kürdəmirdə yaşıllıq ərazidə yanğın başladı - Video
- Binədə mağazada yanğın baş verdi - Video
- Oyunda dalaşdılar - Ayxan Abbasov millidən qovdu-Video