Bu gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
“Birinci təyyarə ilə yola düşən zəvvarlar artıq Cöhfə miqatındadırlar. Orada ehram bağlayıb gecə saatlarında Məkkəyə çatacaqlar. İkinci zəvvar təyyarəsi isə indi yola düşdü. Onlar birinci təyyarədəki zəvvarlardan fərqli olaraq, Ciddədən birbaşa Məkkəyə gedəcəklər”,- Vüsal Cahangiri bildirib.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar
- ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- Naxçıvan sakinlərinə şad xəbər
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
- İlham Əliyevdən Krala - Təbrik
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto