Azərbaycanın efir məkanının ən məşhur və səs-küylü realiti şousu “Maşın” yenidən başlayır.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Xəzər” telekanalının baş prodüseri Toğrul Məmmədov paylaşım edib.
O, tarixi açıqlamasa da, paylaşıma “loading” yazaraq, şounun tezliklə yayımlanacağına eyham vurub.
Qeyd edək ki, layihənin rəhbəri və aparıcısı Xalq artisti və “Xəzər” TV-nin direktoru Murad Dadaşovdur. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olub. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız tanınmış simalar olub. Layihənin sonuncu buraxılışı “Maskarad” adı ilə 2019-cu ilin oktyabrında ATV-də yayımlanıb. Şounun qalibi Türkiyə vətəndaşı, aparıcı Suna Kasımoğlu olub.

- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar
- ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- Naxçıvan sakinlərinə şad xəbər
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
- İlham Əliyevdən Krala - Təbrik
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto