Baş prokuror Kamran Əliyev mayın 26-da saat 10:00-da Qaradağ rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Qaradağ rayon sakinlərinin qəbulunu keçirəcək.
BUTA.TV xəbər verir ki, vətəndaşlar qəbulla bağlı Qaradağ rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
- Bu iki gündə Bakı bulvarına mütləq gedin! - Fotolar
- ASAN Xidmətdə çalışanlara maaş yeni qayda ilə veriləcək
- Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
- Naxçıvan sakinlərinə şad xəbər
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
- İlham Əliyevdən Krala - Təbrik
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto