Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
BUTA.TV xəbər verir ki, Sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto
- Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
- Meyvə-tərəvəz niyə ucuzlaşmır? - Video
- Sadıqovun ölümünün təfərrüatı ortaya çıxır: İntihar?
- Xoşqədəm əkizləri ilə Acunun kanalında - VİDEO
- Prezidentin atdığı topu tutmaq istəyərkən yıxılması gündəm oldu - Video
- 1,4 milyardlıq sərvətini uşaqlarına verməmək üçün bu addımı atdı