“Qarabağ” klubu rəsmi instaqram hesabında etdiyi paylaşımla növbəti transferinin anonsunu verib.
“BUTA.TV” xəbər verir ki, növbəti mövsüm ölkəmizi UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək Ağdam klubu paylaşımda “Tezliklə” qeydini yazaraq yeni futbolçu ilə razılıq əldə olunduğuna işarə vurub.
Xatırladaq ki, “Köhlən atlar” bundan əvvəl fransalı yarımmüdafiəçi Jali Muaddiblə 3 illik müqavilə imzalayaraq yay transfer pəncərəsində ilk keçidini rəsmiləşdirmişdi. 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”ın uğurları üçün çalışacaq və komandada 7 nömrəli formanı geyinəcək.
- Bakıda bu bazar, ətrafındakı obyektlər söküləcək
- Azərbaycanlı qadınlar avtomobildə güllələndi, biri öldü
- İrandan ölkəmizə qaçan əfqanlar saxlanıldı - Foto
- Bakıda bu ərazilərdə söküntü planlaşdırılır
- Meyvə-tərəvəz niyə ucuzlaşmır? - Video
- Sadıqovun ölümünün təfərrüatı ortaya çıxır: İntihar?
- Xoşqədəm əkizləri ilə Acunun kanalında - VİDEO
- Prezidentin atdığı topu tutmaq istəyərkən yıxılması gündəm oldu - Video