İntizamsız davranışlarına görə “Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyevə bir neçə təklif var.
“BUTA.TV” Futbolinfo.az-a istinadən xəbər verir ki, Macarıstanın “Ferentsvaroş” klubu müdafiəçini israrla heyətinə qatmaq niyyətindədir. Onlar bir neçə dəfə “Qarabağ”a təklif göndərib. Ağdam klubu Elvinin transferi üçün 1,5 milyon avro (3 milyon manat) istəyir.
Bununla yanaşı, Türkiyənin “Amed” klubu da Azərbaycan yığmasının üzvü ilə maraqlanıb. Superliqaya yeni vəsiqə qazanan komanda transfer məbləğini ödəməyə də hazırdır. Lakin məsələ odur ki, Elvin xarici klublardan ilinə 1 milyon avro maaş istəyib. O, meneceri vasitəsilə hər iki kluba yalnız bu şərtlər altında keçəcəyini deyib.
Cəfərquliyevin “Neftçi”yə keçidi də gündəmdə olub. Lakin buna da “Qarabağ” maneə törədib. Ağdam klubu xarici klublardan fərqli olaraq, “Neftçi”dən daha çox transfer məbləği istəyib. Bakılılar isə razılaşmayıb və keçid baş tutmayıb.
Qeyd edək ki, E.Cəfərquliyev hazırda “Qarabağ”ın əvəzedici heyətində çıxış edir. O, ötən gün “Kəpəz”ə qarşı keçirilən oyunda da meydanda olub. Lakin ikinci hissənin ortalarında futbolçu zədələnərək əvəzlənib.
- Yük maşını xarab oldu, 50 nəfər susuzluqdan öldü
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam