Bakıda və Abşeron yarımadasında mayın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.
- Yük maşını xarab oldu, 50 nəfər susuzluqdan öldü
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam