Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13-ün sonuncu günündə jurnalistlərlə söhbətləşib.
“BUTA.TV” xəbər verir ki, o, jurnalistlərə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) gördükləri işlərə görə minnətdarlığını bildirib.
“Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını göstərdi. Dəqiq və çevik formada bütün bu məlumatlar ictimaiyyətə çatdırıldı. Həmçinin Azərbaycan mediası öz peşəkarlığını beynəlxalq media ilə birlikdə, hətta rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək çox operativ surətdə məlumatların verilməsini təmin etdi.
Buna görə hər birinizə təşəkkür edirəm, bilirəm çox ağır və zəhmətli bir iş idi. Hər gün erkən saatlardan axşamadək intensiv fəaliyyət göstərirdiniz. Sizin fəaliyyətinizin nəticəsidir ki, ölkə ictimaiyyətində də WUF13-ə çox böyük maraq var. Sizin hər birinizə, redaksiyalarınıza, fotoqraflara öz təşəkkürümü bildirirəm”, - H. Hacıyev qeyd edib.
Həmin görüntüləri təqdim edirik:
- Xoşqədəm əkizləri ilə Acunun kanalında - VİDEO
- Yük maşını xarab oldu, 50 nəfər susuzluqdan öldü
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər