Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş mənzillərindən biri yenidən hərraca çıxarılır.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, mənzil İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 16-da keçiriləcək hərracda satışa təqdim olunacaq.
Hərrac elanına əsasən, söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən daşınmaz əmlakdan gedir.
Sahəsi 370.4 kvadratmetr olan mənzilin start qiyməti 694 687.5 manat, beh məbləği isə 69 468.8 manat müəyyən edilib.
Elanda qeyd olunur ki, mənzil alıcı tapılmadığı üçün 4-cü dəfə 25 faiz endirimli qiymətlə təkrar hərraca çıxarılır.
Qeyd edək ki, Səlim Müslümovun cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlaklar arasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən mənzillər, qeyri-yaşayış sahələri və torpaq sahələri də var. Məhkəmə prosesində açıqlanan siyahıda Yasamal rayonundakı bu mənzil də yer almışdı.
- Yük maşını xarab oldu, 50 nəfər susuzluqdan öldü
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam