Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun səlahiyyət müddəti başa çatıb.
“BUTA.TV” xəbər verir ki, yuxarı instansiyaya sədrinin təyin edilməsi ilə bağlı məsələyə yaxın günlərdə müvafiq qaydada baxılacağı və Prezidentə təqdim olunacağı gözlənilir.
Qanunvericiliyə əsasən, Azərbaycanda məhkəmə sədrləri 5 il müddətinə təyin olunur. Bu müddət başa çatdıqdan sonra əvvəlki sədrin yenidən təyin edilməsi və ya başqa namizədin irəli sürülməsi mümkündür.
Xəbəri rus dilində oxuyun: Истек срок полномочий председателя апелляционного суда
Qeyd edək ki, M.Əkbərov 2021-ci il mayın 24-də Prezidentin Sərəncamı ilə Bakı Apellyasiya Məhkəməsinin sədri təyin edilib.
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı