“ABŞ rəhbərliyi Kuba inqilabının liderlərindən biri olan Raul Kastronun ölkəyə gətirilərək mühakimə olunması üçün bütün mümkün rəsmi mexanizmləri işə salmaq niyyətindədir”.
“BUTA.TV” xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru vəzifəsini icra edən Todd Blanş “Fox News” telekanalına verdiyi müsahibəsində bəyan edib.
Todd Blanş Vaşinqtonun bu məsələdə qətiyyətli olduğunu vurğulayıb:
“Bizə Kastronun məhz burada, ABŞ-də məhkəmə qarşısına çıxması lazımdır. Onun bura gətirilməsi təmin edilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Vaşinqton bu növ strateji hədəflərə nail olmaq üçün adətən hüquqi ekstradisiya proseslərindən və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq xəttindən istifadə edir”.
Xatırladaq ki, bundan öncə ABŞ Ədliyyə Nazirliyi Kubanın 94 yaşlı sabiq rəhbəri Raul Kastro və daha beş nəfərə qarşı 1996-cı ildə dörd Amerika vətəndaşının qətlə yetirilməsi ilə bağlı rəsmi ittiham irəli sürmüşdü.
- Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı