Türkiyə pilotsuz uçuş aparatlarını səs vasitəsilə müəyyən edən Akustik Dron Aşkarlama və İzləmə Sistemi hazırlayıb.
“BUTA.TV” xəbər verir ki, qurğunu Türkiyə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən SAĞLAMTEK şirkəti istehsal edib.
Şirkət rəsmilərinin sözlərinə görə, sistem dronların mühərrik və pər səslərini analiz edərək onların mövcudluğunu, istiqamətini və hündürlüyünü müəyyən edə bilir.
Passiv işləmə prinsipinə malik sistemin əsas üstünlüyü az enerji sərf etməsi və öz yerini bəlli etmədən fəaliyyət göstərməsidir.
Məlumata görə, sistem orta ölçülü dronları 570 metr, böyük sabit qanadlı pilotsuz aparatları isə 3 kilometr məsafədən aşkarlaya bilir.
Yeni texnologiyanın həm hərbi obyektlərdə, həm də mobil bölmələr tərəfindən istifadə üçün nəzərdə tutulduğu bildirilib. Çəkisinin 1 kiloqramdan az olduğu və “powerbank” vasitəsilə də işləyə bildiyi qeyd olunur.
Sistemin sahə sınaqlarından uğurla keçdiyi açıqlanıb.


- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər