Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən sümük qalıqları aşkar edilib.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, qalıqlar kənd sakini Bəxtiyar Əsgərov tərəfindən ailəsinə məxsus həyət evində aparılan axtarışlar zamanı tapılıb.
İlkin ehtimallara əsasən, sümük fraqmentləri 1992-ci ildə itkin düşmüş Qəribovlar ailəsinin üzvlərinə aid ola bilər.
Qeyd edək ki, 1992-ci il martın 12-də Baş Güney kəndinin işğalı zamanı ailənin beş üzvü – Balay Qəribov, həyat yoldaşı Saray İsmayılova, qızları Zabilə və Ramilə Ələsgərovalar, eləcə də, nəvəsi Nərgiz Xudaverdiyeva itkin düşüb. Həmin şəxslərin taleyi ilə bağlı indiyədək dəqiq məlumat əldə olunmayıb.
Ailənin yeganə sağ qalan üzvü olan Bəxtiyar Əsgərov uzun illərdir yaxınlarının aqibətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır.
Aşkarlanan sümük qalıqları aidiyyəti qurumlar tərəfindən götürülərək ekspertizaya təqdim olunub. Qalıqların kimə məxsus olduğu məhkəmə-tibbi və DNT ekspertizalarının nəticələrindən sonra dəqiqləşəcək.
Ziya Əmirxanlı


- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər