“BMW” idarəetmədən çıxıb aşdı - Yaralılar var - Fotolar - Video

09:03 - 31 May 2026 - HADİSƏ

 “BMW” idarəetmədən çıxıb aşdı - Yaralılar var - Fotolar - Video

Gəncə-Şəmkir magistral yolunun Göygöl rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV”nun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Belə ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq, bir neçə dəfə aşıb və əks yola çıxıb. Qəza nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Məhərrəm Bəyalıyev və avtomobildə olan sərnişin və 2005-ci il təvəllüdlü Aişə Abdullazadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev






Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol