Qəbələdə son günlər müşahidə olunan güclü külək, leysan yağışlar və dolu rayonda turizm məqsədilə inşa edilən “A-frame” tipli evlərə ciddi ziyan vurub.
“BUTA.TV” xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda tikilinin dam örtüklərinin qopduğu, konstruksiyaların deformasiyaya uğradığı, evin yararsız vəziyyətə düşdüyü görünür.
Qeyd edək ki, son illərdə xüsusilə Qəbələ, Quba, Şamaxı və İsmayıllı kimi turizm bölgələrində geniş yayılan “A-frame” evlərə tələbatın artması tikinti prosesinin sürətlənməsinə səbəb olub. Lakin bəzi hallarda tikinti işlərinin lazımi mühəndis hesablamaları aparılmadan və təhlükəsizlik normalarına tam riayət edilmədən həyata keçirildiyi bildirilir.
Bildirilir ki, bu tip evlər estetik görünüşü və qısa müddətdə inşa olunması ilə seçilsə də, onların külək yükünə, güclü yağıntılara və digər ekstremal hava hadisələrinə davamlılığı layihələndirmə və istifadə olunan materialların keyfiyyətindən birbaşa asılıdır.
- Millimiz Maltaya uduzdu - Video-Yenilənib
- Sadıq Sadıqov qəfil vəfat etdi
- Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı - Yenilənib
- Sərnişin avtobusuna hücum edən qadını - Polis saxladı+Video-Yenilənib
- Ölkədə bütün ambulans parkları ilə bağlı yeni xəbər
- AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
- Türk bloqerə dediklərinə görə peşman olduğunu açıqladı
- Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı tələblər